Məzmuna keç

Türkiyədə partlayışda karqo şirkətinin 4 əməkdaşı xəsarət alıb

Türkiyənin Niğde şəhərində karqo şirkətlərinin birində yük daşınması zamanı partlayış baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, daşınma zamanı yerə düşən karqoda pestisid (kimyəvi maddə) olduğu müəyyən edilib.

Hadisə yerinə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) nümayəndələri, yanğınsöndürənlər və təcili tibbi yardım qrupları cəlb edilib.

Partlayış zamanı karqo şirkətinin 4 əməkdaşı zəhərlənib. Zərərçəkmişlər Niğde Ömer Halisdemir Tədris və Araşdırma Xəstəxanasına aparılıb.

Yanğınsöndürmə briqadaları partlamış yükün ətrafında təmizləmə işləri aparıb.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə