Türkiyənin Adana şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Adananın Kozan rayonunda idarəetmədən çıxan sərnişin mikroavtobusu yolun kənarındakı baryerə çırpılaraq aşıb. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
Yaralılar təcili yardım maşınları ilə Kozan və İmamoğlu rayonlarındakı dövlət xəstəxanalarına aparılıb.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
