Türkiyənin 5 şəhərində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 7 nəfər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, prokurorluqda aparılan istintaq çərçivəsində təşkilatın gizli strukturunda yer aldığı müəyyən edilən 8 şübhəli şəxs barədə həbs qərar çıxarılıb.
Respublika Baş Prokurorluğunun göstərişi ilə mərkəzi Konya olmaqla Ankara, Kahramanmaraş, İstanbul və Kütahyada eyni vaxtda həyata keçirilən əməliyyatda şübhəlilərdən 7-si saxlanılıb.
Digər şübhəlinin tutulması üçün tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə
