Türkiyənin Manisa şəhərində təkrar emal müəssisəsində yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Manisanın Yunusemre rayonunda yerləşən müəssisəsdə başlayan yanğının səbəbi hələlik məlum deyil.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadası göndərilib.
Yanğının yaratdığı tüstü geniş ərazini əhatə edib.
Qeyd edək ki, həmin obyektdə ötən il də yanğın baş verib.
Şəbnəm Mehdizadə
