Məzmuna keç

Türkiyədə yaşayış binası uçub, xəsarət alan var

Türkiyənin Mersin şəhərində yaşayış binası uçub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Mersinin Tarsus rayonunda yerləşən 5 mərtəbəli yaşayış binası söküntü işləri zamanı uçub. Nəticədə bir fəhlə xəsarət alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb edilib.

Yaralı şəxs xəstəxanaya aparılıb.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə