Türkiyənin Muğla şəhərində 25 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Jandarma Komandanlığı və Sahil Mühafizə qrupları qanunsuz miqrasiyanın qarşısının alınması və miqrant qaçaqmalçılığı ilə mübarizə çərçivəsində Milas və Datça rayonlarının yol keçid məntəqələrində və sahil bölgələrində əməliyyat keçirib.
Əməliyyat zamanı qanunsuz yollarla xaricə getməyə hazırlaşdıqları müəyyən edilən 25 nəfər şəxs müəyyən edilərək saxlanılıb.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
