Nigeriyada ötən il "Lassa" qızdırmasından ölənlərin sayı 219 nəfərə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) məlumat yayıb.
Bildirilib ki, ölkədə "Lassa" qızdırması epidemiyası paytaxt Abuca ilə yanaşı 28 ştata da yayılıb. Məlumatda ötən il 8 min 978 yoluxma faktının aşkar edildiyi, onlardan 1227-nin təsdiqləndiyi qeyd olunub.
Nigeriya hökuməti 2023-cü ilin fevralında "Lassa" qızdırmasının yayılması ilə əlaqədar "fövqəladə vəziyyət" elan edib.
Qeyd edək ki, Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində qeydə alınıb.
Şəbnəm Mehdizadə
