Madaqaskarda "Alvaro" qasırğası nəticəsində 12 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Milli Risk və Fəlakət İdarəetmə Ofisi (BNGRC) məlumat yayıb.
Məlumata görə, 8 yanvar tarixinə qasırğadan zərər çəkənlərin sayı 32 min 876-ya yüksəlib, 16 mindən çox insan evlərini tərk edərək sığınacaqlara yerləşdirilib.
Təsiri ölkənin cənub-şərqində daha çox hiss edilən qasırğa nəticəsində ümumilikdə 6616 ev su altında qalıb.
Qeyd edək ki, yanvarın 1-də fırtına kimi ölkəyə daxil olan Alvaro, yanvarın 2-dən etibarən təsirini artıraraq qasırğaya çevrilib.
Keçən il isə Madaqaskarda Cheneso qasırğası nəticəsində ən azı 30 nəfər həlak olub.
Şəbnəm Mehdizadə
