İranın Əlborz əyalətində zavodda baş verən yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Qeyd edək ki, hadisə zamanı azı 24 nəfər xəsarət alıb. Zərərçəkənlərin yerləşdirildiyi tibb mərkəzinin rəhbəri bəzi yaralıların vəziyyətini ağır qiymətləndirib.
***
İranın Əlborz əyalətində zavodda yanğın baş verib.
E-huquq.az xəbər verir ki, yanğına qaz məhlulunun partlaması səbəb olub.
Məlumata görə, hadisə zamanı azı 24 nəfər xəsarət alıb. Zərərçəkənlərin yerləşdirildiyi tibb mərkəzinin rəhbəri bəzi yaralıların vəziyyətini ağır qiymətləndirib.
Yanğın lokallaşdırılıb.
