Məzmuna keç

Türkiyənin bəzi bölgələrində qarlı havaya görə məktəblər bağlanıb

Türkiyənin bəzi bölgələrində əlverişsiz hava şəraitinə görə təhsil müəssisələrində tədris prosesi dayandırılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Tekirdağ, Ədirnə və Çanaqqalanın bəzi rayonlarında qarlı havaya görə məktəblər bağlanıb,

Regional təhsil idarələri açıqlama yayaraq əlverişsiz hava şəraiti səbəbindən tədris prosesinə 1 günlük fasilə verildiyini açıqlayıblar.

Şəbnəm Mehdizadə