Məzmuna keç

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 203 nəfərə çatıb

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb.

E-huquq.az xarici Yaponiyanın qərbindəki İsikava prefekturası və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 203-ə yüksəlib.

Yolların bağlanması səbəbindən 3 min 100 nəfərin köməksiz vəziyyətdə qaldığı bildirilib.

Zəlzələlər nəticəsində müxtəlif xəsarətlər alan 566 nəfərin müalicə olunduğu, itkin düşən 68 nəfərin taleyi barədə məlumat əldə edilməsi üçün tədbirlər görüldüyü qeyd edilib.

Yaponiyanın müdafiə naziri Kihara Minoru bölgədəki axtarış-xilasetmə işlərində 6 min 300 nəfər Özünümüdafiə Qüvvələri personalının iştirak etdiyini bildirib.

Havanın temperaturunun 3 dərəcə olduğu Noto yarımadasında axtarış-xilasetmə tədbirlərinin fasiləsiz davam etdiyi vurğulanıb.

Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb.

Şəbnəm Mehdizadə