Ekvadorda silahlı qrup canlı yayım zamanı studiyaya basqın edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Quayaquil şəhərində "TC Television" telekanalının studiyasına canlı yayım zamanı silahlı şəxslər basqın ediblər.
Kadrlarda üzlərini maska ilə bağlayan şəxslərin studiyadakıları girov götürdüyü, diktorun cibinə partlayıcı qoyduğu görünür.
Görüntülərdə qrupdan bəzilərinin müxtəlif partlayıcıları, o cümlədən qumbaraları kameraya göstərdiyi də əks olunub.
Ekvador Polis Xidmətinin direktoru Sezar Zapata televiziya studiyasına basqın edən silahlı şəxslərin hamısının saxlanıldığını bildirib.
"Bu, terror aktı kimi qiymətləndirilməli bir hərəkətdir", – deyə o qeyd edib.
Şəbnəm Mehdizadə
