Türkiyənin Diyarbəkir şəhərində mikroavtobusun idarəetmədən çıxaraq marketə girməsi nəticəsində 5 nəfər xəsarət alıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mikroavtobus idarəetmədən çıxaraq Qazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanası yaxınlığındakı marketə girib.
Nəticədə marketin qarşısında olan 5 şagird yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Yaralılar Qazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə
