Məzmuna keç

İranda təyyarə qəzasında həlak olan 2 nəfərin cəsədi tapılıb

İranın Əlborz əyalətinin Savocbolaq rayonunda təlim təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 2 nəfərin meyiti tapılıb.

E-huquq.az xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, Sefidrak bölgəsində dünən dağa çırpılan təlim təyyarəsinin şəxsi heyətinin axtarışları nəticəsində 2 nəfərin cəsədi tapılıb.

Bildirilib ki, qəzaya uğrayan təyyarədə təlimatçı pilot və tələbəsi həyatını itirib.

Qeyd edək ki, dünən Savocbolağ şəhərində "Piper 28" tipli təlim təyyarəsi qəzaya uğrayıb.

Şəbnəm Mehdizadə