İndoneziyada Levotobi Laki-Laki vulkanı püskürüb.
E-huquq.az xarici mətbuata istinaən xəbər verir ki, vulkanının püskürməsindən sonra ən yüksək həyəcan səviyyəsinə çatılıb.
"Volcano Discovery" saytındakı xəbərə görə, Levotobi Laki-Laki vulkanının yüzlərlə metr hündürlüyündə kül və lava püskürtməsindən sonra 4-cü, yəni ən yüksək səviyyədə həyəcan siqnalı verilib.
Püskürmə İndoneziyanın şərqindəki Flores adasındakı dağlarda həftələrlə davam edən vulkanik fəaliyyətdən sonra baş verib. Bölgə sakinlərinin təxliyəsinə göstəriş verən səlahiyyətlilər vulkanın hələ də aktiv olduğunu bildiriblər.
Qeyd edək ki, yanvarın 1-də İndoneziyada Levotobi Laki-laki vulkanı aktivləşdikdən sonra qadın və uşaqlar da daxil olmaqla 1172 sakin təxliyə edilib.
Şəbnəm Mehdizadə
