Məzmuna keç

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində avtomobil yolu keçmək istəyən qadını vuraraq öldürüb.

E-huquq.az xəbər verir ki, Tağı Nurəddin oğlu idarə etdiyi "KIA" markalı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsindən mərkəz istiqamətində hərəkətdə olarkən Sabunçu qəsəbəsində "Bolmart" supermarketin yaxınlığında ehtiyatsızlıqdan yolu keçən piyada – 1963-cü il təvəllüdlü Məmmədhəsənova Yeganə Həmzə qızını vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.