Perunun 5 bölgəsində fövqəladə vəziyyət elan edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Peru hökumətindən verilən açıqlamada bildirilib.
Prezident Dina Boluartenin imzaladığı fərmana əsasən ölkənin şimal sərhədindəki 5 bölgədə 60 gün müddətinə fövqəladə vəziyyət elan edilib.
Açıqlamada qonşu ölkə Ekvadorda davam edən iğtişaşların narahatlıqla izləndiyi və fövqəladə vəziyyətin tətbiq olunduğu Tumbes, Piura, Cajamarca, Amazonas və Loreto bölgələrinə əlavə hərbi hissələrin göndərildiyi vurğulanıb.
Kolumbiya hökumətindən verilən açıqlamada qonşu Ekvador sərhədinə əlavə hərbi birləşmələrin göndəriləcəyi qeyd edilib.
Qeyd edək ki, bir müddətdir ölkə daxilində təhlükəsizlik böhranı ilə mübarizə aparan Ekvador hökuməti yanvarın 9-da 60 günlük fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət çərçivəsində saat 23.00-05.00 arasında komendant saatı tətbiq ediləcəyi açıqlanıb. Fövqəladə vəziyyət qərarından sonra cinayətkar təşkilatlar çox sayda polisi qaçıraraq avtomobillərini yandırıblar.
Şəbnəm Mehdizadə
