Məzmuna keç

Pakistanda deputatlığa namizəd silahlı hücumda ölüb

Pakistanın Hayber-Paxtunxva əyalətində deputatlığa namizəd Kelimullah Xan və onun 2 mühafizəçisi silahlı hücumda həlak olub.

E-huquq.az "Dawn" qəzetinə istinadən xəbər verir ki, əyalətin Şimali Vəziristan bölgəsində naməlum şəxslər fevralın 8-də keçiriləcək ümumi seçkilərdə deputatlığa namizəd olan Kelimullah Xanın maşınına silahlı hücum edib.

Qeyd edək ki, Xan Şimali Vəziristan bölgəsindən deputatlığa bitərəf namizəd idi.

Şəbnəm Mehdizadə