Məzmuna keç

Türkiyədə gənc vəkil hücuma məruz qalıb

Türkiyənin Şanlurfa şəhərində vəkil Büşra Teksöğüt hücuma məruz qalıb.

E-huquq.az “Hukukihaber.net”ə istinadən xəbər verir ki, hadisə Şanlıurfanın Suruç adlı ərazisində baş verib. Belə ki, məhkəmə qərarının icrasından sonra vəkili təqib edən borclu şəxs şəhərin mərkəzində ona hücum edib. Nəticədə vəkilin ayaqları sınıb.

Şübhəli şəxs polis tərəfindən saxlanılıb. Onun barəsində həbs qərarı çıxarılıb.

İstanbul Vəkillər Kollegiyasından verilən açıqlamada gənc vəkilə olunan hücum şiddətlə qınanılıb.

“Yaralı həmkarımıza tezliklə şəfa diləyir və hücumu pisləyirik. Biz həmkarlarımızla həmrəy olacağıq. Zorakılıq və təzyiqlər vəkilləri qorxutmayacaq, şiddətə təslim olmayacağıq. Aidiyyəti qurumlardan məsələni diqqətdə saxlamağı xahiş edirik” – deyə Kollegiyanın məlumatında bildirilib.

Şəbnəm Mehdizadə