Türkiyənin İstanbul şəhərində 6 ölkənin İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi 10 nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Nazir İran, Cənubi Koreya, Çin, Suriya, İsveçrə və Özbəkistan tərəfindən axtarışa verilən 10 nəfərə qarşı "Qəfəs-30" adlı əməliyyat keçirildiyini bildirib.
Əməliyyat zamanı həmin şəxslər saxlanılıb.
Şəbnəm Mehdizadə
