Türkiyənin Şanlıurfa şəhərində şagirdlər arasında kütləvi zəhərlənmə olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Şanlıurfanın Siverek mahalında yerləşən Şehit Kamal Karakayalı İbtidai və Orta Məktəbində nahar edən şagirdlər bir müddət sonra ürək bulanması və başgicəllənmə şikayətləri ilə məktəb rəhbərliyinə müraciət ediblər.
Məktəbə gələn təcili tibbi yardım əməkdaşları 55 şagirdi Siverek Dövlət Xəstəxanasına aparıb.
Rayon Təhsil Şöbəsinin Müdiri Nuri Kapanoğlu xəstəxanaya gələrək şagirdlərin vəziyyəti ilə maraqlanıb.
Müalicəsi başa çatan bəzi şagirdlər evə buraxılıb.
Şəbnəm Mehdizadə
