Məzmuna keç

Türkiyə MN: “Son bir həftədə İraq və Suriyada 45 terrorçu zərərsizləşdirilib”

Türkiyə ordusu son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla 45 terrorçunu zərərsizləşdirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk məlumat verib.

Aktürk son bir həftədə PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ başda olmaqla bütün terror təşkilatlarına qarşı əməliyyatlarla İraq və Suriyanın şimalı da daxil olmaqla 45 terrorçunun zərərsizləşdirildiyini və 2023-cü ildə zərərsizləşdirilən terrorçuların sayının 2 min 282-yə çatdığını bildirib.

O, yanvarın 6-da İraqın şimalındakı Metina, Qara Hakurk, Kandil və Asos bölgələrindəki terror hədəflərinə qarşı həyata keçirilən hava əməliyyatları ilə mağara, bunker, sığınacaq və anbarlardan ibarət ümumilikdə 15 hədəfin müvəffəqiyyətlə məhv edildiyini bildirib.

"Suriyada son bir həftə ərzində terrorçuların 7 hücumuna qarşı cavab tədbirləri görülüb və 35 zərərsizləşdirilib. Beləliklə, 1 yanvar 2023-cü il tarixindən zərərsizləşdirilən terrorçuların sayı 1564-ə çatıb", – deyə Aktürk bildirib.

Şəbnəm Mehdizadə