Məzmuna keç

Son bir həftədə Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 132 nəfər tutulub

Son bir həftə ərzində Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 132 nəfər tutulub, 2 843 nəfər isə sərhədi keçmədən qarşısı alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk məlumat verib.

Onun sözlərinə görə, saxlanılan şəxslərdən biri PKK/YPG terror təşkilatının üzvü olub.

Beləliklə, 2024-cü ilin əvvəlindən bu günə qədər sərhədi qeyri-qanuni keçməyə cəhd edərkən tutulanların sayı 148-ə çatıb. Sərhədi keçmədən tutulanların sayı isə 3 min 585-ə çatıb.

Şəbnəm Mehdizadə