Məzmuna keç

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 215 nəfərə çatıb

Yaponiyanın qərbindəki İşikava əyalətində və Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 215-ə yüksəlib.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat İşikava əyalətinin qubernatorluğundan verilən açıqlamada yer alır.

Bildirilib ki, yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlər nəticəsində 4100-dən çox bina zədələnib, 24 mindən çox insan təxliyyə məntəqələrində qalıb, 2500 nəfər isə qapalı vəziyyətdə qalıb.

Açıqlamada yaralanan 567 nəfərin müalicə aldığı qeyd edilib. İtkin düşən 38 nəfərin axtarışları isə davam edir.

Qeyd edək ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 bal gücündə çoxlu zəlzələ baş verib.

Şəbnəm Mehdizadə