Məzmuna keç

Türkiyədə İŞİD-ə qarşı əməliyyat zamanı 7 nəfər saxlanılıb

Türkiyənin Adana şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, terror təşkilatı üçün Suriya və İraqda fəaliyyət göstərdiyi təsbit edilən 7 əcnəbi vətəndaşın ünvanı polis tərəfindən müəyyən edilib. Əməliyyat zamanı həmin şəxslər saxlanılıb.

Şübhəlilərdən bir nəfərin təşkilatın İraqdakı düşərgələrində aşpaz işlədiyi məlum olub. Digər şübhəlilərin isə silahlı təlim aldıqları və mühafizə xidmətində olduqları müəyyən edilib.

Saxlanılan 7 şübhəlidən 5-i həbs edilib. 2 nəfərin isə deportasiya olunması üçün müvafiq tədbirlər görülüb.

Şəbnəm Mehdizadə