Türkiyədə qarlı hava şəraiti ilə əlaqədar olaraq Hakkari, Bingöl və Şırnak şəhərlərində tədris prosesinə fasilə verilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Hakkari Valiliyi əlverişsiz hava şəraiti ilə əlaqədar ibtidai və orta təhsil müəssisələrində, özəl təhsil kurslarında tədrisin dayandırıldığını bildirilib.
Valiliyin yaydığı məlumatda dövlət müəssisə və təşkilatlarında çalışan əlil və hamilə kadrlara inzibati məzuniyyət veriləcəyi bildirilib.
Həmçinin Şırnak və Bingöl valilikləri davam edən güclü qar və yolların buz bağlaması səbəbindən məktəblərdə tədris prosesinin dayandırıldığını açıqlayıb.
Şəbnəm Mehdizadə
