Məzmuna keç

Türkiyədə keçmiş hakim saxlanılıb

Türkiyə Ali İnzibati Məhkəməsinin (Danıştay) Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən keçmiş hakimi saxlanılıb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, 2016-cı ildə vəzifəsindən kənarlaşdırılan hakimin FETÖ/PDY silahlı terror təşkilatının ədliyyə strukturunda yer almasına görə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi məlum olub.

Müvafiq prosedurlar başa çatdıqdan sonra o, həbsxanaya təhvil verilib.

Şəbnəm Mehdizadə