Məzmuna keç

PKK-nın məsul şəxslərdən biri Avropaya qaçarkən saxlanıldı

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Avropaya qaçmağa hazırlaşan PKK/KCK terror qruplaşmasının məsul şəxslərdən birini yaxalayıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, silahlı terror təşkilatı üzvü olduğu üçün axtarışda olan “Fırat” kod adlı terrorçu Serhat Balın Yaxın Şərq ölkələrindən birində gizləndiyi yer müəyyən edilib.

Uzun müddət təqib edilən terrorçu Avropaya qaçmağa çalışarkən saxlanılıb və Türkiyəyə gətirilib.

2012-ci ildə PKK/KCK-nın sıralarına qoşulan terrorçu Serhat Balın Suriya və İraqda terror təşkilatında rəhbər vəzifədə fəaliyyət göstərdiyi müəyyən edilib.

Şəbnəm Mehdizadə