Məzmuna keç

Türkiyədə qanunsuz miqrantlar saxlanılıb

Türkiyənin İzmir şəhərində qanunsuz miqrantlar saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığına məxsus pilotsuz uçuş aparatı vasitəsilə hərəkətdə olan rezin qayıqda bir qrup qanunsuz miqrant müəyyən edilib. Komandanlığın əməkdaşları dərhal qayığı dayandırıb.

Qayıqda olan 54 qanunsuz miqrant saxlanılıb.

Dikili sahillərində isə mühərriki xarab olan qayıqda 38 qeyri-qanuni miqrant xilas edilərək sahilə çıxarılıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə