Məzmuna keç

İslandiyada vulkan nəticəsində yer yarılıb, itkin düşən var

İslandiyanın Qrindavik şəhərində zəlzələ və vulkan püskürməsi nəticəsində yer yarılıb, 1 fəhlə yarığa düşüb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, polis rəisi Ulfar Ludviksson yüzlərlə xilasedicinin cəlb olunduğu axtarış işlərinin torpaq sürüşmələrinə görə dayandırılmalı olduğunu söyləyib. O, şəraitin axtarış işlərini davam etdirmək üçün əlverişli olmadığını vurğulayıb.

Qrindavik Bələdiyyə Sədri Fannar Conasson qəzanın hər kəsi təəccübləndirdiyini və vəziyyətin ciddi olduğunu söyləyib.

Norveç Meteorologiya İdarəsinin saytında yer alan xəbərə görə, şəhər daxilində çatların yaratdığı risk ehtimalı əvvəlkindən daha yüksəkdir.

Şəbnəm Mehdizadə