Hind okeanındakı Reunion adasında “Belal” qasırğası ilə bağlı "qırmızı xəbərdarlıq" elan edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmilər sürəti saatda 250 kilometrə çatan “Belal” qasırğasına qarşı tədbirlər görüldüyünü bildirib.
Bu tədbirlər çərçivəsində adadakı hava limanı yerli vaxtla saat 16:00-dan etibarən uçuşlara bağlanacaq.
870 min insanın yaşadığı ada sakinlərinə evlərində qalmaları tövsiyə edilib.
Şəbnəm Mehdizadə
