Türkiyənin Batman şəhərində torpaq sürüşməsi nəticəsində yol bağlanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Batmanın Sason rayonunun Derince və Çakırpınar kəndləri arasındakı yolda günorta saatlarında torpaq sürüşməsi baş verib.
Sürüşmə səbəbindən yol bağlanıb. Bu zaman 5 avtomobildə olan 15 nəfər köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə xilasedicilər cəlb edilib.
Yol təmizləndikdən sonra həmin şəxslər xilas edilib.
Şəbnəm Mehdizadə
