Məzmuna keç

Fəhlələri daşıyan 2 avtobus toqquşdu, xəsarət alanlar var

Türkiyənin Hatay vilayətində fəhlələri daşıyan iki avtobus toqquşub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Avtobuslarda sıxışmış vəziyyətdə qalan 6 yaralı xilas edilərək Dörtyol Dövlət Xəstəxanasına aparılıb.

Yaralıların vəziyyətinin normal olduğu bildirilib.

Şəbnəm Mehdizadə