Türkiyənin İstanbul şəhərində baş verən yanğında 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə İstanbulun Sultanbəyli rayonunda polad konstruksiya materialları istehsal edən zavodun işçilərinin qaldığı konteynerdə baş verib.
Hadisə yerinə çoxlu sayda xilasedicilər, polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları göndərilib.
Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.
Yaralanan 2 işçi təcili yardımla xəstəxanaya aparılıb.
Sultanbəyli rayon valisi Kamal Şahin yanğın baş verən əraziyə baxış keçirib.
Məlumata görə, yanğın işçilərin konteynerdəki sobanı yandırdığı zaman baş verən partlayış nəticəsində başlayıb.
Anadolu Prokurorluğu hadisə ilə bağlı istintaqa başlayıb.
Şəbnəm Mehdizadə
