Məzmuna keç

Türkiyədə sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar edən 18 nəfər saxlanılıb

Türkiyədə sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar edən 18 nəfər saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, təxribat məqsədi daşıyan, separatçı terror təşkilatını tərifləyən, təbliğat aparan və ictimaiyyəti çaşdıran məlumatlar yayan 170 hesab müəyyən edilib.

Ölkədə müəyyən edilən 37 şübhəlidən 18-i saxlanılıb. Digər 19 şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Xaricdə olan 133 nəfər barəsində cinayət işi başlanıb.

Şəbnəm Mehdizadə