Məzmuna keç

Fransa məhkəməsi pişiyə 100 avro təzminat ödənilməsinə dair qərar çıxarıb

Fransada pişiyini işgəncə ilə öldürdüyünə görə mühakimə olunan şəxsin məhkəməsi başa çatıb.

E-huquq.az “Le Parisien” qəzetinə istinadən xəbər verir ki, Lille Məhkəməsi 2023-cü ilin iyul ayında zibil qutusunda ölü tapılan “Lanna” adlı pişiyin sahibi ilə bağlı qərar verib.

Autizmdən əziyyət çəkən uşağını cırmaqladığı üçün təxminən bir yaşlı pişiyə işgəncə verib öldürdüyünü etiraf edən müttəhimə məhkəmə tərəfindən 8 ay şərti həbs cəzası verilib.

Həmçinin həmin şəxsə ev heyvanı sahibi olmaq qadağan edilib.

Məhkəmə simvolik olaraq əzab çəkərək ölən pişiyə 100 avro təzminat ödənilməsinə dair qərar verib.

Təzminatın kimə ödəniləcəyi isə hələlik məlum deyil.

Şəbnəm Mehdizadə