Türkiyənin İzmir şəhərində 60 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, İzmir sahillərində Sahil Mühafizəsi pilotsuz uçuş aparatı vasitəsilə rezin qayıqda olan bir qrup qanunsuz miqrantın olduğu müəyyən edilib.
Komandanlığın əməkdaşları tərəfindən dayandırılan rezin qayıqdakı 53 qanunsuz miqrant saxlanılıb.
Foça mahalının Aslan Burnu bölgəsində keçirilən digər bir əməliyyat zamanı isə 7 nəfər yaxalanıb.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
