Məzmuna keç

Ekvadorda 158 silahlı dəstə üzvü həbs edilib

Ekvadorda silahlı münaqişələr zamanı saxlanılan dəstə üzvlərinin sayı 1534-ə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ekvador hökuməti məlumat yayıb.

Məlumata görə, son 6 gündə həyata keçirilən əməliyyatlarda saxlanılan dəstə üzvlərindən 158-i həbs edilib.

Bu müddət ərzində 5 dəstə üzvünün öldürüldüyü, 2 polis əməkdaşının isə həyatını itirdiyi bildirilib.

Əməliyyatlar zamanı girov saxlanılan 11 polisin xilas edildiyi, 575 silah və 478 əl istehsalı partlayıcının ələ keçirildiyi qeyd olunub.

Həmçinin 5,6 tondan çox narkotik maddə müsadirə edilib.

Qeyd edək ki, bir müddətdir ölkə daxilində təhlükəsizlik böhranı ilə mübarizə aparan Ekvador hökuməti yanvarın 9-da 60 gün davam edəcək fövqəladə vəziyyət elan edib.

Şəbnəm Mehdizadə