Məzmuna keç

Türkiyədə FETÖ-yə qarşı əməliyyatda 18 nəfər saxlanılıb

Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 18 şübhəlinin şəxsiyyəti müəyyən edilib.

2016-cı ilə qədər terror təşkilatının məsul şəxsləri ilə əlaqə saxladığı müəyyən edilən şübhəlilər barəsində həbs qərarı çıxarılıb.

Polis əməkdaşlarının mərkəzi İstanbul olmaqla 4 vilayətdə eyni vaxtda keçirdiyi əməliyyatda 18 şübhəli yaxalanıb.

Şəbnəm Mehdizadə