Məzmuna keç

Türkiyədə torpaq sürüşməsi olub, ölən var

Türiyənin Tekirdağ şəhərində inşaatda baş verən qəza nəticəsində 2 fəhlə dağıntılar altında qalıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Tekirdağın Ergene rayonunda yerləşən Velimeşe Mütəşəkkil Sənaye Bölgəsində baş verib.

Belə ki, tikinti işlərinin getdiyi ərazidə torpaq sürüşməsi baş verib.

Hadisə yerinə xilasetmə, jandarma, AFAD və və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Qəza zamanı yaralanan bir fəhlə Çorlu Dövlət Xəstəxanasına aparılıb.

Təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə