Məzmuna keç

Çində qar uçqunu, minlərlə turist ərazidə qalıb

Çinin turizm zonası olan Sincan-Uyğur Muxtar Bölgəsində minə yaxın turist qar uçqunundan sonra köməksiz vəziyyətdə qalıb.

E-huquq.az Çinin rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, ötən həftə Çinin şimal-qərbində müxtəlif yerlərdə qar uçqunları baş verib.

Magistral yolda qalan 54 avtomobil və 200-dən çox insan yollar təmizləndikdən sonra xilas edilib.

Hemu istirahət zonasına gedən yolun bağlanması nəticəsində yerli əhali və mindən çox turist ərazidə qalıb.

Xilasetmə və yardım işlərinə 31 maşın və 53 canlı qüvvənin cəlb edildiyi bildirilib.

Kəndə gedən yolun böyük hissəsinin təmizləndiyi bildirilib.

Altay Avtomobil Yolları İdarəsinin direktoru Zhao Jinsheng uçqunun 350 kilometr yola zərər vurduğunu açıqlayıb.

Şəbnəm Mehdizadə