Norveç hökuməti Filippin, Tayland, Tayvan və Cənubi Koreyadan övladlığa götürmənin dayandırıldığını açıqlayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Norveç Uşaq, Gənclik və Ailə İşləri İdarəsinin "VG" qəzetindəki açıqlamasında yer alır.
Məlumatda qeyri-qanuni övladlığa götürmə ilə bağlı məhkəmə işlərinin ciddi şəkildə araşdırıldığı bildirilib.
Statistik rəqəmlərə görə, ölkədə övladlığa götürmə üçün ən yaxşı ölkələr Cənubi Koreya, Tayvan, Tayland, Filippin və Kolumbiyadır.
İdarənin direktoru Hege Nilssen bu ayın əvvəlində verdiyi açıqlamada bəzi uşaqların saxta doğum şəhadətnaməsi ilə ailələrə satıldığı iddialarına diqqət çəkib. O, övladlığa götürmə sisteminə yenidən baxmağın vacib olduğunu vurğulayıb.
Şəbnəm Mehdizadə
