Məzmuna keç

Somalidə bomba partlayıb: 3 nəfər ölüb

Somalinin paytaxtı Moqadişuda bomba partlaması nəticəsində 3 nəfər həyatını itirib.

E-huquq.az Somali Milli Televiziyasına (SNTV) istinadən xəbər verir ki, paytaxtın Hamarveyn rayonundakı kafedə naməlum şəxs bombanı işə salıb.

Partlayış nəticəsində ən azı 3 nəfər hadisə yerində ölüb.

Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Şəbnəm Mehdizadə