Məzmuna keç

Türkiyədə PKK terrorçularına məxsus 18 sığınacaq məhv edilib

Türkiyənin 7 vilayətində PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, Jandarma Komandanlığı tərəfindən terror təşkilatının yerlərdə möhkəmlənməsinin qarşısını almaq məqsədilə Bingöl, Hatay, Siirt, Şırnak, Giresun, Diyarbəkir və Tuncelidə “Kahramanlar-44” adlı əməliyyat keçirilib.

Əməliyyat zamanı təşkilata məxsus 18 mağara və sığınacaq məhv edilib, çoxlu silah- sursat və partlayıcı qurğu ələ keçirilib.

"Terrorçuların yuvalarını bir-bir dağıdırıq, buna davam edəcəyik" -deyə nazir əlavə edib.

Şəbnəm Mehdizadə