Məzmuna keç

Zambiyada vəbaya qarşı peyvənd kampaniyasına start verilib

Zambiyada vəba epidemiyasına qarşı peyvənd kampaniyası başlayıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) göndərdiyi vəba peyvəndi ilə ölkədə epidemiyaya qarşı peyvənd kampaniyasına start verilib.

Səhiyyə naziri Silvia Masebo kampaniyanın açılışında verdiyi açıqlamada vəba epidemiyasının intensiv olduğu bölgələrdə insanların peyvənd edilməsinin prioritet olduğunu bildirib.

Vəbaya yoluxma hallarının getdikcə azaldığını bildirən Masebo insanları evdə müalicəni dayandırmağa və təcili olaraq xəstəxanaya gəlməyə çağırıb.

Masebo, Lusakada son 24 saatda 23 ölüm faktının qeydə alındığını, bunların əksəriyyətinin 5 yaşdan kiçik uşaqlar və qocalar olduğunu bildirib.

Qeyd edək ki, Zambiyada 2023-cü ilin oktyabr ayından bəri vəba epidemiyası səbəbindən 400-ə yaxın insan həyatını itirib.

Şəbnəm Mehdizadə