Nigeriyanın Oyo əyalətində güclü partlayış baş verib.
E-huquq.az xəbər yerli mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində xeyli sayda insan ölüb, binalar dağılıb.
Hökumətin hadisəni tam nəzarətə götürdüyü bildirilir.
Partlayışın səbəbi hələlik məlum deyil.
Təhlükəsizlik qüvvələri hadisə yerinə cəlb edilib. Faktla bağlı istintaq başlanılıb.
Şəbnəm Mehdizadə
