İsveçdə son 58 ilin ən soyuq günü bu ilin yanvarın 5-də qeydə alınıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin meteorologiya idarəsinin direktoru Sverker Hellström məlumat verib.
O, ölkənin Kirunanın Vittanqi qəsəbəsində havanın temperaturunun mənfi 44,6 dərəcə olduğunu bildirib. Vurğulayıb ki, sözügedən temperatur son 58 ildə ölkədə qeydə alınan ən aşağı temperaturdur.
Qeyd edək ki, ölkədə ən aşağı temperatur 1966-cı ildə Norrbotten bölgəsindəki Vuoqqatjalme şəhərində mənfi 52,6 dərəcə olub.
Şəbnəm Mehdizadə
