Məzmuna keç

Türkiyə ordusu Suriyanın şimalında 4 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyatı bölgəsinə hücuma hazırlaşan 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Qəhrəman ordumuz Suriyanın şimalındakı "Fərat Qalxanı" bölgəsində sülh və təhlükəsizlik mühitini pozmaq üçün hücuma cəhd edən 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib" – nazirliyin məlumatında qeyd olunur.

Şəbnəm Mehdizadə