Məzmuna keç

Nigeriyada qayığın batması nəticəsində ölənlərin sayı 12-yə çatıb

Nigeriyanın Niger əyalətində sərnişin qayığının batması nəticəsində həyatını itirənlərin sayının 12-yə çatıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, rəsmilər xilasetmə işləri zamanı daha 4 nəfərin cəsədinin tapıldığını bildirib. Bununla da qəzada ölənlərin sayı 12-yə yüksəlib.

Bölgədə indiyədək aparılan işlərdə 80 nəfər xilas edilib. Həmin şəxslər ətrafdakı xəstəxanalara aparılıb.

Axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, Nigeriya Fövqəladə Halların İdarə Olunması Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi İbrahim Hüseyn yanvarın 15-də Niger çayında batan qayıqda təxminən 100 nəfərin olduğunu bildirib.

Şəbnəm Mehdizadə