Məzmuna keç

Pakistan İrana raket zərbələri endirib, 7 nəfər ölüb

Ötən gecə Pakistanın İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə bir neçə raket zərbəsi endirməsi nəticəsində 7 nəfər ölüb.

E-huquq.az-ın məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayəti valisinin müavini Əlirza Mərhəməti deyib. Ə.Mərhəmətinin sözlərinə görə, yerli vaxtla 4:30-da raket zərbələrinin endirilməsi nəticəsində bir neçə partlayış baş verib.

Mərhəməti bildirib ki, partlayışlarda İran vətəndaşları olmayan 3 qadın və 4 uşaq ölüb.

Qeyd edək ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əl-Ədl” terror qruplaşmasının iki qərargahına hücum edib.

Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb.